Marina Durunda "onluq"da - Yenilənib

21 Avqust 2016 09:36 (UTC+04:00)

Azərbaycanı Braziliyada təmsil edən Marina Durunda da medallar uğrunda mübarizə aparacaq.

Avropa Oyunlarının gümüş mükafatçısının rəqibləri rusiyalı Marqarita Mamun və Yana Kudryavtseva, belaruslu Katsiarina Halkina ilə Melitina Staiouta, fransalı Kseniya Mustafayeva, ispan Karolina Rodrigez, cənubi koreyalı Cae Yen Son, ukraynalı Qanna Rızaddinova və bolqar Neviana Vladinova olacaq.

Halqa, top, gürz və lentlə hərəkətlərdə məharətini göstərəcək idmançımız ilk çıxışnı edib. O, halqa ilə hərəkətlərdə 16,950 xal toplayıb.

Qeyd edək ki, Durunda çoxnövçülük yarışının təsnifat mərhələsində 70,348 xal toplayaraq, finala 8-ci yerin sahibi kimi yüksəlib.

Apasport.az

22:58
***

Azərbaycanı Rio-2016-da bədii gimnastika yarışlarında təmsil edən Marina Durunda ikinci tapşırığı yerinə yetirib.

Gimnastımız topla hərəkətlərə görə də 17.541 xal qazanıb.

23:40
***

Azərbaycanı Rio-2016-da bədii gimnastika yarışlarında təmsil edən Marina Durunda finalda üçüncü tapşırığı yerinə yetirib.

İdmançımız gürzlərlə hərəkətlərə görə 17.716 xal qazanıb.

23:56
***

Rio Olimpiadasında çoxnövçülük üzrə yarışlar başa çatdı. Birinci yeri Rusiya təmsilçisi Marqarita Mamun tutdu, ikinci yeri hemyerlisi Yana Kudryavtseva, üçüncü - Ukrayna təmsilçisi Janna Rizatdinova.

Azərbaycan gimnastçısı Marina Durunda finala çıxaraq dünyanın ən güclü gimnastların onluquna daxil oldu. Finalda o doqquzuncu yeri tutdu.

Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.

Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüblər.

Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcəklər.

Trend.az