“Shacman“ 23 yaşlı qadını vurdu

20 Avqust 2016 23:16 (UTC+04:00)

Hadisə bu gün axşam saatlarında Ələt-Astara magistralının 203-cü km-də, yolun rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "Shacman" markalı yük maşını yolu keçmək istəyən piyadanı, Lerik rayonunun Cəngəmiran kənd sakini, 23 yaşlı Nigar Elçin qızı Mehdiyevanı vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Maşının sürücüsü hadisə yerindən qaçıb. Zərərçəkmiş qadın isə ətrafdakıların müdaxiləsi ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilmiş N.Mehdiyevanın vəziyyəti ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.


APA.az