Xetaq Qazyumov da gümüş qazandı

21 Avqust 2016 22:43 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, yarışların sonuncu günündə Azərbaycan sərbəst güləşçisi Xetaq Qazyumov 97 kq çəki dərəcəsində mübarizəyə qoşulub.

Xetaq Qazyumov yarımfinal mərhələsində ukraynalı idmançı Valeriy Andreytsev üzərində qələbə qazanaraq yarışın final mərhələsinə yüksəlib.

19:12
***

Azərbaycan sərbəst güləşçisi Xetaq Qazyumov finalda ABŞ təmsilçisi Kail Snayderə məğlub olaraq Olimpiya Oyunlarında gümüş medal qazandı.