“Gözüm qaraldı, döşəyi görə bilmirdim” - Toğrul Əsgərov

21 Avqust 2016 23:50 (UTC+04:00)

AzNews.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, bu sözləri Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Toğrul Əsgərov deyib.

O, finalda məğlubiyyətinə belə aydınlıq gətirib: "Finaldan öncə keçirdiyim yarımfinal görüşü ağır oldu. Final görüşündə rəqibin bilmirəm başı, ya çiyini almacıq sümüyümə dəydi, gözüm qaraldı, döşəyi görə bilmirdim. Hər şey bir anda baş verdi, heç bilmədim necə oldu".