Şabranda 5 otaqlı ev yandı

22 Avqust 2016 09:03 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şabran rayonu, Gəndov kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 98 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 8:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.