Polislər qəzaya düşdü - Maşın iki yerə bölündü + Foto

22 Avqust 2016 10:41 (UTC+04:00)

Bu barədə şahidlər məlumat verib. Bildirilir ki, saat 08:30-da Dövlət Yol Polisi İdarəsinin Şamaxı postunun yaxınlığında "VAZ" markalı avtomobil başqa bir avtomobillə toqquşub. Zərbə o qədər güclü olub ki, "VAZ" iki hissəyə parçalanıb. Həmin vaxt ərazidə xidmət edən DYP əməkdaşları da qəzaya düşüb. Belə ki, 99 YP 822 dövlət nömrə nişanlı DYP avtomobili də zərbəyə tuş gələrək yoldan çıxıb. Hadisə zamanı DYP maşınına xeyli maddi ziyan dəyib. Avtomobildə olan polis əməkdaşlarının xəsarət almadığı bildirilir. Digər avtomobillərdə isə ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur.

Avtosfer.az