Gömrükdə əməliyyat - Mərmər plitələrin arasında narkotik aşkarlandı

22 Avqust 2016 11:25 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumat görə, yük sənədlərinə əsasən "mərmər" yükü aparan sürücü ilə şifahi sorğu-sualdan sonra nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan, daha sonra isə maşındakı yük fiziki baxışdan keçirilib. Nəqliyyat vasitəsinin qoşqusunda olan mərmər yükünə baxış zamanı, mərmər plitələrin arasında, bir ədədinin içərisində xüsusi qaydada düzəldilmiş gizli saxlanc yerində, üzərində xüsusi möhürü, emblemi və nömrəsi göstərilmiş yastı-dördkünc formalı 3 ədəd bağlamada, xalis çəkisi 1985,0 qram təşkil edən narkotik vasitə - həşiş qətranı aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.