“Bakcell”dən eyni qiymətə iki dəfəyə qədər çox internet

22 Avqust 2016 12:16 (UTC+04:00)

Abunəçiləri daha rahat təcrübə ilə təmin etmək məqsədilə Bakcell şirkəti smartfonlar üçün təklif etdiyi internet paketlər çeşidini daha sərfəli edib. Belə ki, şirkət paketlərin qiymətini artırmadan, müştərilərə eyni qiymətə ikiqat həcmə qədər internet təqdim edir. Bundan əlavə, limitsiz paketlərin yenilənməsi zamanı nəinki təqdim olunan MB kvotası, hətta müştəri təcrübəsi səviyyəsi belə mühüm dərəcə artırılıb. Adətən limitsiz internet paketlərin təyin edilmiş meqabayt kvotası başa çatanda internet sürəti da aşağı düşür. İndi isə limitsiz internet paketlərin təyin edilmiş meqabayt kvotası başa çatdıqda "Bakcell"in avtomatik "Yüksək sürət" xidməti sayəsində abunəçilər hər 100 MB üçün sadəcə 0.89 AZN ödəməklə aylıq limitsiz paketin növbəti yenilənməsinə qədər internetdən yüksək sürətlə istifadə etmək imkanına malikdirlər.

"Bakcell ölkənin aparıcı mobil internet provayderidir. Biz daiminternet keyfiyyətini artırır, yeni məhsullar yaradır və qiymət planlarına daha çox dəyər qatır, müştərilərin ehtiyac və gözləntilərini ən yüksək səviyyədə qarşılamağa çalışırıq",-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib. "İnternet tariflərinin ətraflı təhlili bizim üçün abunəçilərimizi sevindirməyə daha böyük imkanlar yaradır. Abunəçilərimiz daha az ödəməklə daha çox internet əldə etməyə layiqdirlər", - deyə Fedja Hadziç əlavə edib.

Qeyd etmək lazımdır ki, Bakcell şirkəti "carrier aggregation" (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasından istifadə edərək dünya üzrə Kateqoriya 6 "LTE-Advanced" xidmətlərini göstərən 73 şəbəkədən biridir. Hazırda, yenilənmiş Bakcell şəbəkəsi daha yüksək internet sürətini (225 mbit/s) dəstəkləməyə tam şəkildə hazırdır.