Nadirin İlhamə Quliyevaya həsr etdiyi mahnı - Klip çəkiləcək

22 Avqust 2016 12:57 (UTC+04:00)

Bu barədə AzNews.az-a şair Baba Vəziroğlu məlumat verib. Bildirib ki, sözlərinin özünə məxsus olduğu mahnı"Mənim əzizlərim" adlanır: "Bəstəkar bu mahnını dünyadan köçən əzizlərimizə, bu gün solğun fotoya dönən dünənki canlı doğmalarımıza həsr edib. İfaçı seçimi bəstəkar tərəfindən edilib. Mahnıya klip nəzərdə tutulub. Nadir bu mahnını çox ürəklə və yanğı ilə oxuyub".

Xatırladaq ki, müğənni Nadir Qafarzadə mətbuata açıqlamasında "Mənim əzizlərim" adlı mahnını mərhum sənətkar, Xalq artisti İlhamə Qliyevaya həsr etdiyini bildirmişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az