Taksi sürücüsü işlədiyi deyilən aktyor: “Şərəfsizlikdir?”

22 Avqust 2016 14:55 (UTC+04:00)

Aktyor AzNews.az-a açıqlamasında məlumatın yalan olduğunu və xəbərsizlikdən yayıldığını deyib: "Mən taksi sürücüsü işləmirəm. Yaşayış imkanım çox yaxşıdır. Prezident mükafatı alıram, məvacibim də əladır. Görünən odur ki, bu məlumatı yayan şəxslər məni tanımırlar. Bundan əlavə, taksi sürücüsü işləmək ayıbdır məgər, yoxsa şərəfsizlikdir? Taksi sürücüsünün məndən nəyi əksikdir?"

Qeyd edək ki, bu gün Ayşad Məmmədovun taksi xidmətlərindən birində fəaliyyətə başladığı ilə bağlı məlumat yayılıb. Bildirilir ki, aktyor bir neçə gündür özünü taksi sürücüsü kimi sınayır.

Xatırladaq ki, A.Məmmədov geniş tamaşaçı kütləsinə Ramiz Əzizbəylinin rejissoru olduğu "Bəxt üzüyü" filmindəki "Hüseyn" obrazıyla tanınıb.

Bahar RÜSTƏMLİ
AzNews.az