Bakıda qaz sayğacları oğurlandı

22 Avqust 2016 15:55 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 19-da rayon sakinləri Vicay Babayevə və Esmiralda Nuriyevaya məxsus qaz sayğaclarını oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini Sənan Abbasov tutulub.