İki maşın toqquşdu - Ölən və yaralılar var + Foto

22 Avqust 2016 19:58 (UTC+04:00)

Şuşa rayon sakini 1970-ci il təvəllüdlü Həsənov İsmayıl Həsən oğlunun idarə etdiyi 50 CN 703 nömrəli "Mercedes" markalı avtomaşınla Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Qəhrəmanov Şakir Abdulla oğlunun idarə etdiyi 02 BR 118 nömrəli "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə Şakir Qəhrəmanov hadisə yerində ölüb, iki sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin istintaq qrupunda araşdırma aparılır.

Azərtac.az