Yük maşını yandı

22 Avqust 2016 22:48 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin mühərrikinin və salonunun yanar hissələri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.