Banklar vədlərinə əməl etmədi - Video

22 Avqust 2016 23:21 (UTC+04:00)

Devalvasiyadan sonra dollarla kredit götürmüş şəxslər kütləvi şəkildə borclarını ödəməkdən imtina edəndə bəzi banklar bu təkliflə çıxış etdilər. Şərtlə razılaşan vətəndaşlar krediti yeni qayda ilə ödəməyə başladılar. İndi isə banklar vədlərinə əməl etmir.

Faizlərin dondurulması ilə əlaqədar bankla müştəri arasında yazılı razılıq və ya kredit müqaviləsinə dəyişiklik olmayıb. Şifahi öhdəliklə bağlı tələb irəli sürmək isə nəticəsiz qalır.

Bu cür təkliflərlə üzləşən vətəndaşlar mütləq yazılı razılıq əldə etməli və razılığı rəsmiləşdirməlidir.




Xəzərxəbər.com