Tovuzda qəza - 52 yaşlı kişi öldü

22 Avqust 2016 23:40 (UTC+04:00)

Hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Kənd sakini, 52 yaşlı Qabil Rüstəmov yolu keçərkən onu avtomobil vurub.

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Report.az