Aeroport yolunda qəza - Səkkiz maşın toqquşdu

23 Avqust 2016 09:54 (UTC+04:00)

Keçmiş "Komsomol" dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub.

Körpünün girişində "Mercedes" və "Mitsubishi" markalı avtomobillər, üstündə isə iki "Mercedes" markalı maşın toqquşub. Bundan başqa, körpünün üzərində üç "Mercedes" və bir "Volkswagen" markalı avtomobillər bir-birinə çırpılıb.

Ölən və ya xəsarət alanlar barədə məlumat olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Yolda qısamüddətli tıxac yaranıb.

Hazırda ərazidə araşdırma aparılır.

APA.az