Bakıda yük maşını ölüm saçdı - Video

23 Avqust 2016 10:39 (UTC+04:00)

Videodan məlum olur ki, 99 ZB 305 dövlət nömrə nişanlı yük avtomobili hərəkət zamanı sağ zolaqla getmək əvəzinə, sol zolağı tutub və yüksək sürətlə hərəkət edir. Bundan əlavə, həmin avtomobilin sürücüsü düzgün ara məsafəsi də saxlamayıb. Oxucu bildirir ki, bu avtomobilin sürücüsü yol boyu təhlükəli manevrlər edərək digər sürücülərə təhlükə yaradıb. O, qarşıda gedən nəqliyyat vasitələrinə o qədər yaxınlaşırmış ki, sürücülərin əksəriyyəti qorxudan avtomobili sağa-sola çəkib ona yol verməli olublar. Videodan da məlum olur ki, yük avtomobili minik avtomobilinə həddindən artıq yaxın məsafədə hərəkət edir. Əslində isə onun hərəkət sürəti saatda 100 km-dirsə, sürücü ən azı 50 metr məsafə saxlamalı idi. Sürət həddini aşmaq, ara məsafəsi saxlamamaq bir yana, sol zolaqla hərəkət etdiyi bu sürücünü 100 manat, 4 bal cərimə gözləyir. Çünki yol hərəkəti qaydaları icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsini qadağan edir.

İXM. Maddə 327.5. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə 100 manat məbləğində cərimə edilir.

Avtosfer.az