Yardımlıdakı qətlin təfərrüatı - Oğlan tələbə imiş

23 Avqust 2016 11:55 (UTC+04:00)

Qaçay Nadir oğlu Şahverənov Quba Dövlət İqtisad Kollecinin Yol hərəkətinin təşkili fakültəsinin 3-cü kurs tələbəsidir.

Məlumat üçün bildirək ki, ötən gün rayonun Alar kənd sakini 1999-cu il təvəllüdlü Q.Şahverənov ailə münaqişəsi zəmnində atası Nadir Şahverənovu ov tüfəngi ilə vuraraq öldürüb. Yaralı aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Report.az