Türk Şurasının sammiti keçiriləcək - Azərbaycanda

23 Avqust 2016 12:14 (UTC+04:00)

Bu barədə bu gün keçirilən brifinqdə təşkilatın baş katibi Ramil Həsənov bildirib.

Təşkilatın genişləndirilməsi ilə bağlı suala cavab verən R.Həsənov qeyd edib ki, Türkmənistan və Özbəkistan kimi ölkələr təşkilatın üzvü olmasa da, onlar Türk Şurasının tədbirlərində iştirak edir. Onun sözlərinə görə, Şura bu ölkələri təşkilata cəlb etmək niyyətindədir.

"Bundan başqa, Macarıstanı tədbirlərimizə dəvət edirik. Eyni zamanda Rusiya XİN başçısının təşkilatla əlaqələrin daha da dərinləşməsinə maraqla bağlı bəyanatı var", - deyə o bildirib.

Report.az