Olimpiyaçılarımız hərbi musiqiylə qarşılanacaq

23 Avqust 2016 13:28 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, idmançılarımız hərbi musiqi sədaları altında qarşılanacaqlar. Belə ki, qarşılanma mərasimində şən musiqilər olmayacaq. Səbəb isə bu gün Cəbrayıl və Füzuli rayonlarının işğalının 23-cü ildönümünün olmasıdır.

Xatırladaq ki, nümayəndə heyətinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enişi yubanıb. Saat 18:20-yə paytaxta çatacaq təyyarə Rio-de-Janeyro aeroportunda sıxlıq olduğundan Bakıya 22:20-də enəcək.

Aygün