ANS TV-nin saytı açılıb? - Açıqlama

23 Avqust 2016 16:09 (UTC+04:00)

Məsələ ilə bağlı açıqlama verən ANS TV-nin əməkdaşı Eldəniz Elgün bildirib ki, ANS TV-nin "anstv.ws" saytı rəsmi olaraq bağlanmamışdı: " Sadəcə ANS TV və ANS ÇM radiosu bağlandığı üçün biz də saytın fəaliyyətini təhlükəsizlik baxımından müvəqqəti dayandırılması qərarına gəlmişdik. Həm də saytın bəzi texniki problemləri var idi. İndi sayt işləmir, sadəcə görüntü olaraq mövcuddur. Sayt o zaman işlək olar ki, yeni xəbərlər yerləşdirilsin".

Lent.az