Əməliyyat masasında ölən qızın görüntüləri yayıldı - Video

23 Avqust 2016 17:26 (UTC+04:00)

Tibb mərkəzinin müşahidə kamerasına düşmüş görüntülər yayılıb.

Görüntülərdə qıza ürək masajı edildiyi, daha sonra oksigen verdildiyi görünür.

Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Report.az