Xalq artisti itə görə anasını evdən qovdu

23 Avqust 2016 17:47 (UTC+04:00)

Müğənni verilişlərin birində qonaq olarkən anası ilə bağlı danışdığı hadisə ilə hər kəsi təəccübləndirib:

"Həmişə it saxlamışam. Anam əvvəllər bizimlə bərabər yaşayırdı, it saxladığım üçün bizdən ayrıldı. Yadımdadır ki, evə iki it gətirmişdim, anam etiraz etdi. Dedi ki, bu itləri evdən aparmasan, mən sizinlə bir evdə qalmayacam. İtləri qonşuya verdim. Uşaqlar hay-küy saldılar ki, ata, itləri qaytar. Məcbur olub qaytardım. Anam da evdən getdi və dedi ki, mən itlərlə eyni evdə yaşaya bilmərəm".

Publika.az