Türkiyədə çevrilişə cəhd zamanı generalların həbsinin yeni görüntüləri yayıldı - FOTO

23 Avqust 2016 19:42 (UTC+04:00)

Görüntülərdə Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar, Baş Qərargahın ikinci rəisi, ordu generalı Yaşar Gülər və Quru Qoşunları komandanı Salih Zeki Çolakın silahlı əsgərlər tərəfindən aparılması əksini tapıb.

Görüntülərdə H. Akarın 15 iyul gecəsi Baş Qərargahdan çıxarılaraq Akıncı bazasına aparılması, əlləri arxadan bağlanmış Yaşar Gülər və Quru Qoşunları Komandanı Salih Zeki Çolakın yuxarı mərtəbəyə qaldırılması da aydın görünür.

APA.az