Gəncədə top mərmisi tapıldı

23 Avqust 2016 21:45 (UTC+04:00)

ANAMA-nın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən avqustun 23-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, beş kənd orta məktəbinə, bir tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna və bir çınqıl karxanasına baxış olub. Nəticədə 3473 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç "POMZ-2", bir "OZM-72" və tank əleyhinə 31 mina aşkar edilərək zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.