Ən güclü azərbaycanlı və erməni döyüşçü qarşılaşacaq

23 Avqust 2016 23:44 (UTC+04:00)

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, yarışla bağlı açıqlama verən Azərbaycan Fight Club Federasiyasının prezidenti Şəhriyar Abbasov, bununla bağlı onlara dəvət gəlmədiyini deyib: "Biz həmin yarışda iştirak etməyəcəyik. Amma həmin təşkilatın dəstəyi ilə Azərbaycanda ilin sonuna kimi "Fight nigth" ın yarışı keçiriləcək".

Onun sözlərinə görə, oktyabrın 1-də Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunacaq yarışda Bəxtiyar Abbasov döyüşəcək. Moskvada 8 oktyabrda keçiriləcək növbəti belə yarışda isə idmançımız Elmar İbrahimov öz qüvvəsini sınayacaq.

"Biz çalışırıq ki, noyabr-dekabr ayında möhtəşəm finallar Azərbaycanda keçirilsin. Ən güclü idmançılarımızdan olan Nəriman Abbasov həmin yarışda çempionluq kəməri uğrunda mübarizə aparacaq" - Federasiya prezidenti bildirib.

Ş. Abbasov Azərbaycanda keçiriləcək yarışda ermənilərin iştirak etməyəcəyini dilə gətirib: "Ermənilərin Bakıya gəlməsi qeyri-mümkündür. Hətta nəinki idmançı, heç hakimin də gəlib döyüşlərə qatılmasına bir klubun rəhbəri olaraq imkan vermərəm".

O, maraqli açıqlama da verib: "Gələcəkdə nəzərdə tutulub ki, erməni idmançı David Xaçatriyan ilə azərbaycanlı Nəriman Abbasov arasında döyüş olsun. Onlar MMA-da ən güclü idmançılar olduqlarından, bütün dünya arenaları üçün maraq dairəsindədirlər. Bu baxımdan gec-tez iki idmançı görüşməli olacaq".