Zəlzələ İtaliyanın 2 şəhərini dağıtdı - 120 ölü (Fotolar + Yenilənib 6)

24 Avqust 2016 21:37 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeraltı təkanlar əsasən İtaliyanın mərkəzi hissəsində baş verib. Zəlzələnin maqnitudasının 6,3 bal olduğu bildirilir.

Zəlzələ Terni və Amatriç şəhərlərində bir sıra dağıntılara səbəb olub. Terni şəhərində ən azı 6 nəfərin öldüyü qeyd olunur. Amatriç şəhərinin meri Sercio Pirotstinin sözlərinə görə, insanlar dağıntılar altında qalıblar.

Akkumoli şəhərinin meri şəhərdə 4 nəfərin öldüyünü bildirib. Lakin hakimiyyət hələ ki 2 nəfərin öldüyünü təsdiqləyib.

09:29
***


İtaliyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artır.

AzNews.az "La Repubblica" qəzetinə istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində ən azı 14 nəfər ölüb.

10:09
***


İtaliyada baş verən zəlzələdə ölənlərin sayı 24 nəfərə çatıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, seysmoloqlar yeni təkanların baş verə biləcəyini istisna etmirlər.


16:31
***


İtaliyada fəlakət qurbanlarının sayı artıb.

AzNews.az xəbər verir ki, güclü zəlzələ nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb.

17:32
***


İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 20 nəfər Marke əyalətində, 53 nəfər isə Akkumoli və Amatriç şəhərlərində vəfat edib.

18:20
***


İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.

Bu barədə AzNews.az RİA Novosti-yə istinadən məlumat verir.

20:52
***


İtaliyada zəlzələ qurbanlarının sayı artır.

Ölənlərin sayı 120 nəfərə çatıb.

Aydan AXUNDOVA