Sabiq icra başçısının qardaşı vəfat etdi

24 Avqust 2016 11:49 (UTC+04:00)

1960-cı il təvəllüdlü Maarif Ağayev ötən gecə Ukraynanın turizm şəhəri Truskavetskdəki sanatoriyalardan birində istirahətdə olarkən vəfat edib. Bir həftədir Ukraynada dincələn M. Ağayevin ölümünün səbəbi hələ məlum deyil. Ailə üzvlərinin sözlərinə görə, onun sağlamlığı ilə bağlı şikayəti olmayıb.

M. Ağayevin ürək tutmasından vəfat etdiyi bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hazırda mərhumun nəşinin Göyçaya gətirilməsi üçün Ukraynada sənədləşmə işləri görülür.

Qeyd edək ki, Maarif Ağayev Mingəçevir, Quba və Göyçay rayon icra hakimiyyətlərinin keçmiş başçısı Mübariz Ağayevin qardaşıdır.

APA.az