Türkiyə tankları Suriyaya girdi – İŞİD-ə qarşı yeni hərəkat

24 Avqust 2016 12:34 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə tankları Suriyanın Hələb şəhərinə bağlı olan Cerablus bölgəsinə doğru irəliləyir.



Bu hərəkatın başladılmasına səbəb bölgəni burada məskunlaşan İŞİD terror təşkilatı üzvlərindən təmizləməkdir. Hərəkatın bir digər səbəbi isə Türkiyənin sərhədində PKK/PYD mənsublarının dəhliz təşkil etməklərinin qarşısını almaqdır.

Aydan AXUNDOVA