Türk ordusu bir kəndi İŞİD-dən azad etdi

24 Avqust 2016 14:45 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Suriya Azadlıq Ordusu və beynəlxalq koalisiya qüvvələrinin dəstəyilə Cerablus bölgəsində İŞİD-ə qarşı başladılan hərəkat nəticəsində Keklice kəndi ələ keçirilib. Bu kənd Türkiyə sərhədindən 3 kilometr cənubda yerləşir.

Məlumata görə, bu gün səhər saatlarında başlayan əməliyyat uğurla aparılır. Türkiyə Silahlı Qüvvələri Cerablus bölgəsində İŞİD-in mövqelərini döyüş təyyarələri və mərmi topları ilə atəş altında tutmağa davam edir.

Aydan AXUNDOVA