Moskvada bankı partlatmaqla hədələyən erməni təslim oldu - Yenilənib

24 Avqust 2016 23:41 (UTC+04:00)

Şahidlərin sözlərinə görə, cinayətkarın əlindəki qutudan çıxan naqillər görünür.

Kişinin heç bir tələb irəli sürmədiyi bildirilir.

***

Moskvada bankı partlatmaqla hədələyən ermənidir.

Son anda verilən məlumata görə, bankı partlatmaqla hədələyən erməni Aram Petrosyandır.

55 yaşlı kişi deyib ki, onun məqsədi bankı qarət etmək yox, sadəcə, ələ keçirməkdir.

22:03
***

Moskvanın mərkəzində "Citybank"ın filiallarından birində bankın əməkdaşlarını girov götürən Aram Petrosyan polisə təslim olub.


Modern.az