Cəbhədə atəşkəs yenə pozuldu - İriçaplı pulemyotlardan

25 Avqust 2016 09:24 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Balacəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.