Kılıçdaroğlu atəşə tutuldu - Ölən və yaralananlar var (Yenilənib 3 + Video)

25 Avqust 2016 16:36 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Kılıçdaroğlunun avtomobil karvanı Artvinin Şavşat rayonundan Ardanuç rayonuna keçərkən baş verib. Kılıçdaroğlunun mühafizəsi cavab atəşi açıb.

CHP-li millət vəkili Gürsel Tekinin verdiyi məlumata görə, CHP heyətində yaralanan yoxdur.

Hadisə yerinə polis heyəti cəlb edilib.

15:53
***


CHP sədri Kamal Kılıçdaroğlu atışmadan sonra açıqlama verib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, özünün və digər CHP heyətinin heç bir xəsarət almadığını qeyd edib: "Biz yola çıxanda yolda qarşıdurma olduğuna dair hər hansı xəbərdarlıq almamışdıq. Düşünürəm ki, biz yoldan keçərkən başlayıb. Maşından çıxmadığımız üçün tam olaraq nə baş verdiyini anlamadıq. Qarşıdurmanın kiminlə baş verdiyinə dair məlumat verilməyib. Mən tərəfdən heç bir problem yoxdu. Təhlükəsizlik qüvvələri məni atışma olan ərazidən uzaqlaşdırdılar. Biz tərəfdən promlem yoxdu. Təhülkəsizlik qüvvələri üçün də promlem olmamasına ümid edirik".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binali Yıldırım və daxili işlər naziri Efkan Ala artıq Kılıçdaroğluna zəng ediblər.


16:17
***


CHP liderinə qarşı təşkil edilən hücumun PKK terrorçuları tərəfindən həyata keçirildiyi məlum olub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Efkan Ala məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində təhlükəsizlik qüvvələrindən 1-i ağır olmaqla 3 nəfər yaralanıb.

***
17:09


Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna qarşı təşkil edilən silahlı hücum nəticəsində 1 nəfər ölüb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Kılıçdaroğlu özü məlumat verib. O, terror aktına baxmayaraq proqramına davam edəcəyini bildirib:
"Proqramımızı ləğv etməmişik. Bələdiyyə binamız yeni inşa edilib, açılışına gedəcəyik. Daxili işlər nazirimiz zəng vurdu. Jandarma helikopter göndərəcək, proqramımıza davam edəcəyik. Bir terror aktıyla qarşı-qarşıyayıq. Kaş ki ölkəmizdə terror olmasaydı. Allahın verdiyi bir canımız var, o da bu məmləkət üçün fəda olsun. Bir şəhidimiz olduğu barədə xəbər aldıq. Maşında uzun müddət gözlədik. Bu cür hadisələrdə geri addım atmağımız barədə söhbət belə gedə bilməz. Prezident və Baş nazir ilə görüşdüm, təşəkkür etdim".





Aydan AXUNDOVA