Penitensiar Xidmətdən Сahangir Hacıyevin ittihamlarına - Münasibət

25 Avqust 2016 16:05 (UTC+04:00)

Bankirin bu ittihamlarına Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov aydınlıq gətirib.

M.Sadıqov C.Hacıyevin iddialarının əsassız olduğunu vurğulayıb:

"Son illər ərzində Azərbaycanda beynəlxalq standartlara uyğun penitensiar xidmət, cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları inşa edilib. Bakı İstintaq Təcridxanası da məhz onlardan biridir.

Məhkumların saxlanma şəraitinin nə dərəcədə yüksək olmasını biz yox, beynəlxalq ekspertlər təsdiqləyir. Mötəbər təşkilatların nümayəndələri dəfələrlə təcridxanaya baş çəkib, məhkumların saxlanma şəraiti və qidalanmasının yüksək səviyyədə olması barədə rəy veriblər. Ona görə də hesab edirəm ki, bu ittihamlar həqiqəti əks etdirmir".

C.Hacıyevin təcridxananın gün ərzində 4 dəqiqə su ilə təmin olunması iddiasına gəlincə, qurum rəsmisi bunu mümkünsüz sayıb:

"Təcridxanada yüzlərlə məhkum saxlanılır. Cəmi 4 dəqiqə ərzində o qədər insanın suya olan tələbatı ödənilə bilərmi? Bu səbəbdən tamamilə həqiqətdən uzaq iddiadır".

Polkovnik eyni zamanda deyib ki, məhkumların saxlanmasına və qida rasionun təmin olunmasına görə müəyyən normalarla təsdiq olunmuş kifayət qədər maliyyə vəsaiti ayrılır. Ayrılan vəsait də müəyyən olunmuş istiqamət üzrə sərf edilir.

Modern.az