Tələbələrin nəzərinə - TQDK vaxtı uzatdı

25 Avqust 2016 16:21 (UTC+04:00)

Bu barədə AzNews.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Tələbə adı qazanan şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.