19 yaşlı qız bıçaqlandı - Bakıda

25 Avqust 2016 18:02 (UTC+04:00)

Hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Ş.Kamilov küçəsi ev 5 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Mirfatimə Quliyeva qarın nahiyəsindən aldığı dörd bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub, vəziyyəti ağırdır.

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Report.az