Azərbaycanlı Rusiyada rəis təyin edildi

25 Avqust 2016 22:40 (UTC+04:00)

1978-ci il təvəllüdlü D.Süleymanov ali təhsilli hüquqşünasdır. O, 2011-ci ildən istintaq şöbəsində işləyib.

2000-ci ildə Ural Dövlət Hüquq Akademiyasını bitirdikdən sonra Çelyabinsk vilayətinin Troitsk şəhər prokurorluğunda, Tümen vilayətinin Armizon rayonunda istintaq komitəsində müstəntiq vəzifəsində çalışıb. 2007-ci ildə Tümen vilayətinin İşım rayonunun istintaq şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib. 2014-cü ildən isə Qolışmanov rayon istintaq bölməsinin rəhbəri vəzifəsində işləyib.


virtualaz.org