Nepalda avtobus çaya düşdü – 20 ölü, 17 yaralı

26 Avqust 2016 09:29 (UTC+04:00)

AzNews.az Himalayan Times-a istinadən xəbər verir ki, Nepalın mərkəzi hissəsində avtobus çaya düşüb. Hadisə nəticəsində ən azı 20 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

İlkin məlumatlara əsasən, avtobusda ümumilikdə 39 nəfər olub: 37 sərnişin, sürücü və konduktor. Sürücü və konduktor itkin hesab olunur.

Aydan AXUNDOVA