Qərib Məmmədov AMEA-da da “vuruldu”

26 Avqust 2016 10:51 (UTC+04:00)

İndiyədək AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik katibi vəzifəsində çalışan Q.Məmmədov AMEA-nın aqrar məsələlər üzrə müşaviri vəzifəsinə təyin olunub.
Belə ki, AMEA-nın Aqrar Elmlər Bölməsi Biologiya və Tibb Elmləri Bölməsinə birləşdirilib. Bölmənin akademik katibi vəzifəsinə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanov təyin olunub. Q.Məmmədova isə müşavir vəzifəsi verilib.

AMEA-dan fakt təsdiqlənib.

Report.az