“Qaranlıq yolçuları” adlı film çəkilir - Dini radikalizmin fəsadları barədə

26 Avqust 2016 13:06 (UTC+04:00)

AzNews.az-a birlikdən verilən məlumata görə, layihə çərçivəsində dini radikalizm və onun törətdiyi fəsadlardan bəhs edən 35 dəqiqəlik "Qaranlıq yolçuları" adlı sənədli filmin hazırlanması nəzərdə tutulur.

Film hazırlanmış araşdırma materiallarının əsasında çəkiləcək. Artıq filmin çəkilişi ilə məşğul olacaq təşkilata müqavilə əsasında sifariş və ssenari təqdim edilib. Filmdə dünyada və xüsusilə də Azərbaycanın yerləşdiyi bölgədə dini radikalizm meylləri və onun fəsadları barədə faktlar və görüntülər yer alacaq, mövzu ilə bağlı mütəxəssislər danışacaq, habelə Azərbaycan Azərbaycan Respublikasının dini mühitdə yeritdiyi tolerantlıq siyasətinin faydaları təbliğ ediləcək.