Bakı sakini əmisini bıçaqladı - Borca görə

26 Avqust 2016 13:51 (UTC+04:00)

Hadisə Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 47 ünvanında qeydə alınıb.

Məlumata görə, həmin ünvanda yaşayan 36 yaşlı Taleh Əbdürrəhmanov əmisi, 52 yaşlı Asif Əbdürrəhmanovu bıçaqlayıb. Bıçaq xəsarəti alan Asif Əbdürrəhmanov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün Asif Əbdürrəhmanovun həyatını xilas etmək mümkün olub. Həkimlər onun bədənini kürək və qol nahiyələrində bıçaq xəsarətləri aşkar ediblər.

Polis əməkdaşlarının keçirdiyi məlumata görə, hadisəni törədən Taleh Əbdürrəhmanov həbs edilib. İlkin məlumata görə, hadisə pul borcu üstündə baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Teleqraf.com