Türkiyədə ağır qəza - 8 ölü (Fotolar)

26 Avqust 2016 14:17 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Hatayda mikroavtobus qəzaya uğrayıb. İlkin ehtimala əsasən, təkəri partlayan mikroavtobus dərəyə aşıb. Hadisə nəticəsində 8 nəfər ölüb, çox sayda insan yaralanıb.

Qəza baş verən əraziyə çox sayda təcili tibbi yardım maşınları cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Aydan AXUNDOVA