Məsciddə şok olay: Çılçıraq düşdü - 11 nəfər yaralandı (Foto)

26 Avqust 2016 15:39 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Kayseridə cümə namazı öncəsi məsciddəki çılçıraq insanların üzərinə düşüb. Nəticədə ilkin ehtimala əsasən, 11 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Hadisə şahidlərinin sözlərinə görə, həmin çılçıraq məscidə bu gün asılıb. İmam moizə oxuduğu zaman böyük çılçıraq insanların üzərinə düşüb.

Aydan AXUNDOVA