Rəmiş Zeynəb Xanlarovanın müdafiəsinə qalxdı

26 Avqust 2016 18:17 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, tanınmış gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) Flora Kərimovanın Zeynəb Xanlarova ilə bağlı səsləndirdiyi ittihamlara münasibətində bildirib. O, qeyd edib ki, 1972-ci ildən Zeynəb Xanlarovanın ansanbılında işləyib: "Onu səhnədə bir xanım kimi gördüm. Zeynəb xanım səhnəyə səsi ilə gəlib. Onun səsi var və olacaq da. O, səsinə möhür vurub, özü də həmin möhür poladdandı".

Rəmiş F.Kərimovanın Zeynəb Xanlarova ilə bağlı ağır ittihamlarına da münasibət açıqlayıb: "Zeynəb xanım dünya şöhrətli sənətkardır. O, heç bir zaman özünü alçaldıb kiminsə haqqında, yaxud da nəsə danışmaz. Zeynəb xanım heç bir zaman şəxsiyyətini yerə vurmaz. O, səhnəyə gələndən bu günə kimi öz şəxsiyyətini qoruyub saxlayıb. Bu günə kimi bir toya getməyib, özünə qiymət qoyub, hörmətini saxlayıb. Zeynəb xanım öz karyerasını alçatmaz".

Qeyd edək ki, Xalq artisti Flora Kərimova Zeynəb Xanlarovanın ünvanına ağır ittihamlar səsləndirib. O bildirib ki, Zeynəb xanımın səsi və sənəti yoxdur. Həmçinin Kərimova Z.Xanlarovanın illər öncə onu aşağılayıb təhqir etmək istəyənlər arasında olduğunu bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az