“Youtube”da yeni bölmə yaradılacaq

26 Avqust 2016 22:27 (UTC+04:00)

Bu bölmədə istifadəçilər mətnlər, fotoşəkillər, videoçarxlar yerləşdirə və həmkarları ilə bölüşə biləcəklər. Bu barədə portalın "Venturebeat" bloqunda məlumat verilib.

Rəsmi məlumatlara əsasən, "Backstage" adlandırılan platformanı "Youtube" cari ilin sonunadək istifadəyə verməyi planlaşdırır.

Bu platforma vasitəsilə istifadəçilər həm mobil, həm də kompyuter versiyaları ilə ünsiyyət yarada biləcəklər.


Azərtac