Yanacaq doldurma məntəqəsi yandı - Masallıda

27 Avqust 2016 09:52 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Masallının Şərəfə kəndində vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 100 m² olan "ŞƏRƏFƏ" petrol yanacaq doldurma məntəqəsinin ofis otağının döşəməsi 4 m² sahədə və bitişik talvarın yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğından yanacaq doldurma məntəqəsinin qalan hissəsi mühafizə olunub.

Yanğın saat 3:44-da yanğınsöndürənlər tərəfindən söndürülüb.