İtaliyada zəlzələdə ölənlərin sayı 290 nəfərə çatdı

27 Avqust 2016 14:39 (UTC+04:00)

Bu barədə "Associated Press" yerli mülki müdafiə xidmətinə istinadən xəbər yayıb. Ötən gün bu rəqəm 283 nəfər idi. Bu gün daha 7 nəfərin meyiti dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, 6 bal gücündə zəlzələ avqustun 24-ü gecəsi İtaliyanın mərkəzi hissəsində baş verib. Amatriçe, Arkuata-del-Toronto və Akkumoli şəhərləri xüsusilə dağıntılara məruz qalıb.


APA.az