Prezidentdən 8,6 milyonluq - Sərəncam

27 Avqust 2016 18:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamda qeyd olunur:

51 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,6 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmələri tapşırılıb.