Türkiyədə ağır yol qəzası - 7 ölü, 10 yaralı

28 Avqust 2016 10:28 (UTC+04:00)

Bu barədə "CNN Türk" xəbər yayıb.

Məlumata görə, hadisə Adıyaman şəhəri yaxınlığında baş verib. Bingöl-Adıyaman marşrutu ilə hərəkət edən sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 7 nəfər ölüb. Ölənlərdən 2-nin uşaq olduğu bildirilir.
Qəza zamanı daha 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisənin başvermə səbəblərini araşdırır.


Report.az