Rusiyalı jurnalistin cəsədi tapıldı - Ukraynada

28 Avqust 2016 11:27 (UTC+04:00)

Başında güllə yarası olan jurnalistin cəsədi Kiyevdəki mənzilinin eyvanında tapılıb.

A. Şetinin cəsədini ilk olaraq onun ad gününü təbrik etmək üçün mənzilinə gələn dostları aşkarlayıb. Cəsədin yaxınlığında jurnalistin ölümündən əvvəl yazdığı məktub, travmatik tapança və giliz tapılıb. Jurnalistin intihar etdiyi ehtimal olunur.

Polis araşdırma aparır.


APA.az